15.09.2021
Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 14.09.2021-ci il tarixində Bilik günü və yeni dərs ilinin başlanması münasibəti ilə “Məktəb zamanı gəldi” başlığı altında məktəblilərlə onlayın şeir saatı keçirtdi.
Tədbiri giriş sözü ilə açan şöbənin kitabxanaçısı Kifayət Sadıqova məktəbliləri bu əlamətdar gün münasibətilə təbrik edərək , bliık günü haqqında ətraflı məlumat verdi və uşaqların inkişafında təhsilin önəmindən danışdı. Bildirdi ki, bütün tarix boyu elmə, biliyə yiyələnmək hər zaman şərəfli iş olmuşdur. Bu yolu inamla getmək üçün isə bütün şagirdlər dərslərini yaxşı oxumalıdır ki, gələcəkdə vətənimizi layiqincə qoruya bilsinlər. Daha sonra Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimovaya söz verildi. O,çıxışında bildirdi ki , 15 sentyabr günü bütün şagirdlərin xəyallarına, arzularına qovuşmasına zəmin yaradan həyat yolunun başlanğıcıdır və bu yolun ən kiçik uğurları böyük nəailiyyətlərə yol açır. Tədbirdə iştirak edən MKS-nin Uşaq şöbəsinin müdiri Ellada Rəhimova və İsrafil Məmmədov adına 27 saylı məktəb-litseyin ibtidai-sinif müəlliməsi Sevil Verdiyeva öz çıxışlarında da uşaqlıarı yeni dərs ili münasibətilə təbrik etdilər və onlara yüksək qiymətlər və davamlı bilik arzuladılar. Sonda şeir saatında iştirak edən 27 saylı məktəb-litseyin şagirdləri vətənə, biliyə,elmə aid şeirlər səsləndrdilər.